Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri Xəzər rayonunda yerləşən uşaq internat məktəbində olublar

Posted by

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri Xəzər rayonunda yerləşən uşaq internat məktəbində olublar Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri Xəzər rayonunda yerləşən uşaq internat məktəbində olublar

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri Xəzər rayonunda yerləşən uşaq internat məktəbində olublar

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) təmsilçiləri Bakının Xəzər rayonunda yerləşən 3 nömrəli əqli və fiziki qüsuru olan uşaq internat məktəbinə səfər ediblər.

 

KOICA-dan APA-ya verilən məlumata görə, səfərin məqsədi insanların, xüsusilə əqli və fiziki qüsuru olan uşaqların yaşayışı ilə tanış olmaq, onlara mənəvi və maddi dəstək vermək olub.

 

İnternat məktəbində yaşayan 165 uşağa müxtəlif növ meyvə şirələri və şirniyyatlar paylanılıb. Qonaqlar həmçinin internat məktəbinə sintezator, yorğanlar, paltar, ərzaq, yuyucu toz və uşaq bezləri bağışlayıblar. Xeyriyyə aksiyasına “Samsung” şirkətinin Azərbaycan nümayəndəliyinin təmsilçiləri də qoşulublar. Onlar tərəfindən internat məktəbinə paltaryuyan maşınlar, televizorlar, mikrodalğalı sobalar, soyuducular və digər hədiyyələr verilib.

 

“Kürdəxanı qəsəbəsində Su təchizatı və Kanalizasiya Sisteminin Yaradılması” layihəsini icra edən Hyuindai Engineering və “Halla” şirkətləri də uşaq internat məktəbinə yardım ediblər.

 

KOICA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Kim Eun Suk KOICA-nın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib və təxminən 25 KOICA məzununun səfərə qoşulduğunu bildirib. O, xeyriyyə tədbirlərinin davam edəcəyini söyləyib.

 

Apa.az