Kopenhagendə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Posted by

Kopenhagendə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilibKopenhagendə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Kopenhagendə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Kopenhagendə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

“Vətən” cəmiyyətinin təşkil etdiyi tədbir “Azərbaycan Evi”nin ofisində baş tutub.

Tədbir iştirakçıları əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirələrini bir dəqiqəlik sükutla anıblar.

“Vətən” cəmiyyətinin rəhbəri Səfər Sadiqi tədbirdə çıxış edərək, Azərbaycanın müstəqilliyinin təşəkkülünün əsas mərhələlərindən danışıb.

Cəmiyyətin İdarə heyətinin üzvü Zaur Qubadov ölkəmizin qazandığı uğurlar haqqında məlumat verərək vurğulayıb ki, güclü, müstəqil dövlət olan Azərbaycanın inkişaf etmiş iqtisadiyyatı, güclü hərbi sənayesi var.

 

AzərTac.az