Konstitusiya Məhkəməsində kredit borclarının hansı məzənnə ilə qaytarılmasına dair iclas keçirilib

Posted by

Konstitusiya Məhkəməsində kredit borclarının hansı məzənnə ilə qaytarılmasına dair iclas keçirilibKonstitusiya Məhkəməsində kredit borclarının hansı məzənnə ilə qaytarılmasına dair iclas keçirilib

Konstitusiya Məhkəməsində kredit borclarının hansı məzənnə ilə qaytarılmasına dair iclas keçirilib

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Trend-in məlumatına görə, iclas kredit borclarının hansı məzənnə ilə qaytarılması bilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsinin müraciətinə həsr olunub.

 

Trend xəbər verir ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda manatın devalvasiyadan sonra vətəndaşların banklara olan kredit borcunun hansı məzənnə ilə qaytarılması ilə bağlı məsələ müzakirə olunub.

 

Məhkəmədə tərəflər və ekspertlər dinlənilib. Qeyd edilib ki, məhkəmə məsələ ilə bağlı yaxın zamanlarda qərar qəbul edəcək və qərar elan olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi, o cümlədən manatın devalvasiyadan sonra vətəndaşların banklara olan kredit borcunun hansı məzənnə ilə qaytarılması ilə bağlı məsələnin həlli soruşulur.

 

Konstitusiya Məhkəməsindən bildirmişdilər ki, hazırda bir sıra məhkəmələrdə bu məsələ ilə bağlı şikayətlərə baxılır və məhkəmə icraatı başlanıb: “Bu halda məhkəmələrin hansı mövqe tutmalı olduqları ilə bağlı isə Konstitusiya Məhkəməsi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, o cümlədən məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidirlər”.

 

Trend.az