Konnektikut Ştatının Nümayəndələr Palatası Xocalı qətliamına dair növbəti bəyanat qəbul edib

Posted by

Konnektikut Ştatının Nümayəndələr Palatası Xocalı qətliamına dair növbəti bəyanat qəbul edibKonnektikut Ştatının Nümayəndələr Palatası Xocalı qətliamına dair növbəti bəyanat qəbul edib

Konnektikut Ştatının Nümayəndələr Palatası Xocalı qətliamına dair növbəti bəyanat qəbul edib

ABŞ-ın Konnektikut ştatının Nümayəndələr palatası Xocalı qətliamı ilə bağlı növbəti dəfə bəyanat qəbul edib. Bəyanatda 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinə hərbi təcavüz nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, bir çox beynəlxalq təşkilat və dövlətlər, həmçinin ABŞ və digər ölkələrin aparıcı media orqanları tərəfindən bu təcavüzün qəti şəkildə pisləndiyi qeyd olunur.

 

Sənəd Konnektikut ştatı Nümayəndələr palatasında çoxluğun lideri olan Co Aresimoviç (House majority leader Joe Aresimowicz), palatanın üzvləri Kevin Rayan (Kevin Ryan) və Karolin Simmonsun təşəbbüsü ilə irəli sürülüb, Nümayəndələr palatasının spikeri və Konnektikut ştatının Dövlət katibi tərəfindən imzalanaraq təsdiqlənib.

 

Konnektikut ştatının Nümayəndələr palatası artıq ardıcıl olaraq üçüncü ildir ki, Ermənistan təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş dəhşətli qətliama dair bəyanat qəbul edir.

 

AzərTac.az