Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması ilə bağlı mühazirə keçirilmişdir

Posted by

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Kənd Təsərrüfatı Nazirliyində “Cəmiyyətdə insan hüquqlarının qorunmasının rolu”, “Bioetika və tibbi hüquq” və “Genetik modifikasiya olunmuş qida məhsulları” mövzularında mühazirə oxumuşlar.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar təşkil edilən mühazirədə nazirliyin aparatına daxil olan struktur vahidlərinin rəhbərləri və müavinləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Lalə Əhmədova Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, bu sahədə səmərəliliyin artırılması ilə bağlı ətraflı çıxış etmişdir.

Maraqlı müzakirə formasında keçən mühazirənin sonunda mövzularla bağlı tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

AzərTac.az