Kiyevdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə ilk xarici nümayəndəliyi açılıb

Posted by

Kiyevdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə ilk xarici nümayəndəliyi açılıb

Kiyevdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə ilk xarici nümayəndəliyi açılıb

 

 

Kiyevdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə ilk xarici nümayəndəliyi açılıb

Dekabrın 24-də Kiyevdə “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatının mərkəzi ofisinin və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin ilk xarici nümayəndəliyinin (UABD-da diasporla iş üzrə Türk Şurası (TŞ) təntənəli açılış mərasimi keçirilib.

 

Xatırladaq ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası türkdilli ölkələri birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi iştirakçı dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb.

 

TŞ-nin baş katibi Ramil Həsənov, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan diplomatları, habelə UABD-nin sədri Hikmət Cavadov qırmızı lenti kəsdikdən sonra tədbirin çoxsaylı iştirakçıları diasporumuzun qərargahı, TŞ-nin həyatında tarixi məqamlardan söz açan fotostendlərlə tanış olublar.

 

Sonra UABD-nin konfrans salonunda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə ilk xarici nümayəndəliyinin təqdimatı keçirilib.

 

R.Həsənov tədbir iştirakçılarını TŞ-nin tarixi, strukturu, qurumun tərkibinin genişlənməsi üzrə yaxın planlar ilə tanış edib. Azərbaycan Prezidenti İlham Əliyevin Türk Şurasına və onun inkişafına böyük diqqət yetirdiyini bildirən R.Həsənov UABD-nin və onun sədri H.Cavadovun fəaliyyətini yüksək qiymətləndirib.

 

Kiyev merinin müavini Boqdan Balasinoviç, Türkiyənin səfiri Yönet Can Tezel, Qırğızıstanın səfiri Ulukbek Çinaliyev, Qazaxıstan səfirliyin müşaviri Arqın Spamov, Türkiyənin diasporla iş üzrə profil strukturunun rəhbəri Mehmet Kose, Ukraynadakı Qazaxıstan, Qırğızıstanın, Türkiyə milli-mədəni cəmiyyətlərinin sədirləri, Krım tatarları xalqının liderlərindən biri Refat Çubarov və başqaları çıxış edərək, bu hadisəni türkdilli dövlətlərin həyatında tarixi hadisə adlandırıb, UABD-nın istər Azərbaycan diasporunun həyatında, istərsə də bütövlükdə Ukraynadakı milli azlıqların fəaliyyətində fəal rolunu vurğulayıblar. Onlar türkdilli ölkələrin vətəndaşlarını daha sıx birləşməyə çağırıblar.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev Azərbaycan səfiri Eynulla Mədətlinin adından bildirib ki, Türk Şurasının ilk xarici mərkəzin Azərbaycan Prezidenti İlham Əliyevin doğum günündə yaradılmasının dərin rəmzi mənası var. Diplomat deyib: ”Biz bir səfirlik kimi yeni yaradılan regional diaspor strukturunun işinə hər cür kömək etməyə hazırıq”. Nazim Əliyev əmin olduğunu bildirib ki, bu diaspor mərkəzi yaxın vaxtlarda öz səmərəli fəaliyyətində yüksək nəticələrə nail olacaq.

 

Sonra Hikmət Cavadov bu mərkəzin açılışında göstərdikləri xoş mərama görə təşkilatçılara və iştirakçılarına təşəkkür edib. O əmin edib ki, diasporla iş üzrə Türk Şurasının ilk xarici mərkəzinin uğurla işləməsi üçün əlindən gələni edəcəkdir.

 

Hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyev yeni yaradılan mərkəzin kitabxanasına beynəlxalq hüquq və diplomatiya məsələlərinə dair kitablarını hədiyyə edib.

 

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan DİN-nin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev, “Azərbaycan hava Yolları”nın Kiyev ofisinin rəhbəri Yaşar Əmirov, ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin başçısının müavini Həzi Aslanov, Akkord” şirkətlər qrupunun Ukraynanın paytaxtındakı ofisinin rəhbəri Sahib Məmmədov, Azərbaycan regional diaspor təşkilatlarının nümayəndələri və başqaları iştirak ediblər.

 

AzərTac.az