Şəkidə istifadəyə verilmiş yeni penitensiar kompleksə məhkumların köçürülməsinə başlanılıb

Posted by

Şəkidə istifadəyə verilmiş yeni penitensiar kompleksə məhkumların köçürülməsinə başlanılıb

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun göstərişinə əsasən, yeni inşa olunaraq istifadəyə verilmiş və ixtisaslı kadrlarla təmin edilmiş Şəki penitensiar kompleksinə məhkumların köçürülməsinə başlanılıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni cəzaçəkmə müəssisəsinə keçirilmiş şəxslər məhkumluqdan əvvəl Şəki və ətraf rayonlarda qeydiyyatda olanlardır.

Konseptual baxımdan yeni olan bu penitensiar kompleks təqsirləndirilən şəxslərin və məhkumların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, onların hüquqlarının daha etibarlı qorunmasına və gələcək sosial adaptasiyalarına xidmət edəcək.