Ketrin Eşton: Avropa Qonşuluq Siyasətinin məqsədi münaqişələrin qarşısını almaq və onları həll etməkdir

Posted by

Avropa Qonşuluq Siyasətinin məqsədi münaqişələrin qarşısını almaq və onları həll etməkdir. Bu proqram, eyni zamanda, Avropanın qonşularına siyasi və iqtisadi islahatlar istiqamətində stimul verir. Trend-in Avropa İttifaqının (Aİ) rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton deyib.

Xanım K.Eşton qeyd edib: “Avropa Qonşuluq Siyasəti bizə Aİ-nin maraqlarını qoruyaraq tərəfdaşlarımızın qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyə imkan verir”.

Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle isə bildirib ki, son aylarda baş verən hadisələr göstərdi ki, Avropa qonşuluğu Aİ-nin diqqət ayırmalı olduğu bir region olaraq qalır.

Qeyd edək ki, K.Eşton və Ş.Füle Avropa Qonşuluq Siyasəti ölkələrində tərəqqiyə dair növbəti illik hesabat zərfini təqdim ediblər.

Trend.az