Milli Məclis aprelin 4-də toplanır

Posted by

Milli Məclis aprelin 4-də toplanır

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib.

Milli Məclis aprelin 4-də toplanır

“Qafqazinfo” xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, növbəti iclasın gündəliyinə 17 məsələ daxil edilib:

 

Eləcə də icclasda bir neçə qanun layihələrinə əlavə və dəyişikliklər ediləcək. İclasda həmçinin Azərbaycanla bir neçə dövlət arasındakı sazişlərin təsdiq olunması da müzakirə olunacaq.

 

1. “İnsan alverinə qarşı mübarizə üzrə milli kordinatorun illik məlumatı haqqında” sənədin təsdiq olunması;

 

2. “Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

3. “Texniki təhlükəsizlik haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

4. “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

5. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

6. “Nəqliyyat haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

7. “Əraf mühitin mühafizəsi haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

8. “Dövlət qulluqçularının icbari sığortası haqqında” qanununun ləğv edilməsi barədə;

 

9. “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

10. “Avtomobil yolları haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

11. “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

12. “Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

13.”Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilən Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklərin edilməsi barədə;

 

14. “Azərbaycan və İraq arasında diplomotik xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” sazişin təsdiq edilməsi haqqında qanun layihəsi;

 

15. “Azərbaycan Respublikasının xarici ölkələrdə beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna dəyişikliklərin edilməsi;

 

Qafqazinfo.az