Кеrri: “NATO-nun qapıları hər bir Avropa ölkəsi üçün açıqdır”

Posted by

Кеrri: “NATO-nun qapıları hər bir Avropa ölkəsi üçün açıqdır”

 

Кеrri: “NATO-nun qapıları hər bir Avropa ölkəsi üçün açıqdır”

Кеrri: “NATO-nun qapıları hər bir Avropa ölkəsi üçün açıqdır”

 

Şimali Atlantika Müqaviləsi Təşkilatı hər bir Avropa ölkəsini öz tərkibinə qatmağa hazırdır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.

 

Bununla belə, Kerri konkret ölkələrin adlarını çəkməyib.

 

“ABŞ tərəfdaşlarına qoşularaq bir daha təsdiqləyir ki, üzvlük vəzifə və öhdəlikləri üzərilərinə götürməyə qadir olan hər bir ölkə üçün NATO-nun qapıları açıqdır”, – deyə Kerri bildirib.

 

Kerrinin bəyanatı NATO-nun ardıcıl genişləndirilmə mərhələlərinin ildönümünə aid edilib. Belə ki, 1999-cu ilin martında Macarıstan, Polşa və Çexiya, 2004-cü ilin martında Bolqarıstan, Estoniya, Litva, Rumıniya, Slovakiya və Sloveniya, 2009-cu il, aprelin 1-dən isə Albaniya və Xorvatiya NATO-ya üzv olublar. Kerrinin qənaətinə görə, hərbi alyans Avropaya demokratiya, tərəqqi və sabitlik gətirib.

 

Apa.az