Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçiriləcək

Posted by

Fevralın 10-dan 12-dək İslamabad şəhərində hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun 5-ci görüşü keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən keçiriləcək görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 10-dan 21-dək Vışkov şəhərində (Çexiya) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu da keçiriləcək. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Apa.az