Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Posted by

Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Bu gün Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş geniş anım mərasimi keçirilib.

Öncə Sarayın xidməti girişində 20 Yanvar faciəsini əks etdirən kitab stendə baxış keçirilib. Daha sonra tamaşaçı zalında davam edən anım təbdirində 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə Heydər Əliyev Sarayının rəhbərliyi, milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında geniş məruzə ilə çıxış edib.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin başvermə səbəbləri, Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında geniş məlumat verib və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulayıblar.

Tədbir 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə yekunlaşıb.