Heydər Əliyev Fondunun dəstəyi ilə Zaqatalada 2 yeni uşaq bağçasının tikintisinə başlanılıb

Posted by

Heydər Əliyev Fondunun dəstəyi ilə Zaqatala şəhərində hər biri 100 yerlik 2 yeni uşaq bağçasının tikintisinə başlanılıb.

Trend Fondun saytına istinadən xəbər verir ki, şəhərin şimal-qərb yaşayış massivində inşa edilən bağçanın tikintisi üçün 0,4 hektar torpaq sahəsi ayrılıb. Hazırda ərazidə torpaq işləri görülür, binanın bünövrəsi qazılır.

Digər 100 yerlik uşaq bağçası isə şəhərin Azərbaycan prospektində, yeni salınan yaşayış kompleksində inşa olunan çoxmənzilli binalardan birində yerləşəcək. Bu məqsədlə binada yenidənqurma və tikinti işləri aparılır.

Fondun dəstəyi ilə tezliklə Zaqatala şəhərində daha bir uşaq bağçasının tikintisinə başlanması da nəzərdə tutulur. Bağçaların ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Trend.az