GUAM-ın mənzil-qərargahında Milli Əlaqələndiricilər Şurasının iclası keçirilib

Posted by

GUAM-ın mənzil-qərargahında Milli Əlaqələndiricilər Şurasının iclası keçirilibGUAM-ın mənzil-qərargahında Milli Əlaqələndiricilər Şurasının iclası keçirilib

GUAM-ın mənzil-qərargahında Milli Əlaqələndiricilər Şurasının iclası keçirilib

Kiyevdə, GUAM-ın Katibliyində qurumun Milli Əlaqələndiricilər Şurasının 35-ci iclası keçirilib.

 

Azərbaycanı iclasda Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin rəisi Tofiq Musayev təmsil edib.

 

GUAM-ın mənzil-qərargahından AZƏRTAC-a bildiriblər ki, Milli Əlaqələndiricilər Şurası BMT Baş Məclisinin “GUAM məkanında uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” adlı qətnamə layihəsinin irəlilədilməsi məsələsini nəzərdən keçirib.

 

GUAM Parlament Assambleyasının, Baltik Assambleyasının, Şimal Şurasının, Benilüks Parlamentinin və Vışeqrad qrupu ölkələrinin nümayəndələrinin iştirakı ilə bu il iyunun 25-26-da keçirilən “Avropada təhlükəsizlik: cari vəziyyət və siyasətçilər üçün dərslər” mövzusunda parlament iclasının yekunlarından razı qaldıqlarını bildirən tərəflər belə konfransların daimi əsasda keçirilməsi ideyasını dəstəkləyiblər.

 

Milli Əlaqələndiricilər Şurası GUAM PA-nın praktikasında ilk dəfə Siyasi, Hüquqi Məsələlər və Regionlararası Əməkdaşlıq Məsələləri Komitəsinin (əlaqələndirici ölkə Ukrayna) iclasının bu il iyunun 26-da keçirilməsini alqışlayıb.

 

Şura əlaqələndirici ölkələrin GUAM PA-nın Elm, Mədəniyyət, Təhsil və Ekologiya Komitəsinin (əlaqələndirici ölkə Gürcüstan), Ticari-İqtisadi Məsələlər Komitəsinin (əlaqələndirici ölkə Azərbaycan) və Regional Təhlükəsizlik Məsələləri Komitəsinin (əlaqələndirici ölkə Moldova) iclaslarının GUAM PA-nın bu ilin dekabrına nəzərdə tutulan növbəti iclasına qədər keçirmək niyyətini dəstəkləyib. Bu, dördtərəfli əməkdaşlığın layihə və proqramlarının icrasına kömək edəcək və GUAM-ın parlamentlərarası fəaliyyət potensialının maddiləşməsinə zəmin yaradacaq.

 

Tərəflər GUAM-ın sahə əməkdaşlığının, o cümlədən iqtisadiyyat və ticarət, nəqliyyat, cinayətkarlığa qarşı mübarizə sahələrində əməkdaşlığının kompleks məsələlərini müzakirə ediblər.

 

İclasda GUAM-ın digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı, habelə qurumun üzvü olan dövlətlərin beynəlxalq təşkilatlarla əməkdaşlığının vəziyyəti məsələləri də müzakirə olunub. Şura daimi nümayəndələri qarşılıqlı fəaliyyət planları çərçivəsində fəal işləməyə çağırıb.

 

Şura, həmçinin Xarici İşlər Nazirləri Şurasının BMT Baş Məclisi çərçivəsində növbəti görüşünün materiallarını hazırlayıb.

 

AZƏRTAC