GUAM-ın Kiyevdəki mənzil-qərargahında korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə məsələləri müzakirə olunub

Posted by

GUAM-ın Kiyevdəki mənzil-qərargahında korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə məsələləri müzakirə olunubGUAM-ın Kiyevdəki mənzil-qərargahında korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə məsələləri müzakirə olunub

GUAM-ın Kiyevdəki mənzil-qərargahında korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə məsələləri müzakirə olunub

Oktyabrın 9-10-da Ukraynanın paytaxtında, GUAM Katibliyinin binasında Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə işçi yarımqrupun 11-ci iclası keçirilib. İclasda təşkilata üzv olan bütün dövlətlərin milli nümayəndə heyətləri iştirak ediblər. Bu barədə AzərTAc-a GUAM-ın Kiyevdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.

Tərəflər təşkilata üzv ölkələrin səlahiyyətli orqanları arasında müvafiq sahədə əməkdaşlığın möhkəmləndirilməsinə dair aktual məsələləri müzakirə ediblər.

Tədbir zamanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə birgə layihə çərçivəsində hazırlanmış “Çirkli pulların yuyulmasına qarşı mübarizə, habelə cinayətkarlıq yolu ilə əldə edilmiş gəlirlərin aşkara çıxarılıb müsadirə edilməsi sahəsində milli və regional səviyyələrdə əməkdaşlıq sahəsində GUAM-a üzv dövlətlərin imkanlarının gücləndirilməsi” adlı vəsaitin təqdimatı olub.

Növbəti profil iclas 2015-ci ilin aprelində keçiriləcəkdir.

 

AzərTac.az