“Gənclərin dialoqda və demokratiyada rolu” layihəsinin iştirakçıları “İRƏLİ” İctimai Birliyində olublar

Posted by

“Gənclərin dialoqda və demokratiyada rolu” layihəsinin iştirakçıları “İRƏLİ” İctimai Birliyində olublar“Gənclərin dialoqda və demokratiyada rolu” layihəsinin iştirakçıları “İRƏLİ” İctimai Birliyində olublar

“Gənclərin dialoqda və demokratiyada rolu” layihəsinin iştirakçıları “İRƏLİ” İctimai Birliyində olublar

“Gənclərin dialoqda və demokratiyada rolu” layihəsinin iştirakçıları “İRƏLİ” İctimai Birliyində qonaq olublar.

 

Təşkilatdan APA-ya verilən məlumata görə, layihədə Avropanın 11 ölkəsindən 30 gənc iştirak edir. Layihənin əsas məqsədi gənclərin dialoqa və demokratik proseslərə uyğunlaşması və təcrübə qazanmasıdır.

 

Layihə iştirakçılarına “İRƏLİ” İB-nin gördüyü işlər və layihələr haqda geniş məlumat təqdim edilib. Təqdimat zamanı qonaqların müxtəlif sualları cavablandırılıb, diskussiya aparılıb.

 

Qeyd edək ki, təqdimat mərasimində Hollandiya, Portuqaliya, Avstriya, Rumıniya, Çexiya, Slovakiya, Gürcüstan, Belarus, Ukrayna, Böyük Britaniya və s. ölkələrdən olan təmsilçilər iştirak ediblər.

 

APA.az