Gəncədə gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib

Posted by

Gəncədə gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib Gəncədə gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib

Gəncədə gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, Gəncənin “Bayraq Meydanı”nda həqiqi hərbi xidmətə gedən gənclərin yola salma mərasimi təşkil olunub.

 

Tədbirdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşklatının şöbə müdiri Hüseyn Budaqov , Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin rəisi Emin Bağırov, vətən uğrunda döyüşüb fəxri ad almış veteranlar, həqiqi hərbi xidmətə çağrılan gənclər və onların valdeynləri iştirak ediblər.

 

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra, tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin rəisi Emin Bağırov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev çıxış edərək gənclərə vətənin keşiyində ayıq – sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzulayıb. Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının şöbə müdiri Hüseyn Budaqov isə Azərbaycanın güclü ordusu olduğunu, vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək, bu gün hərbi xidmətə gedən gənclərə sağ-salamat qayıtmağı arzu edib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov çıxış edərək, gənclərə inamlı olmağı, qətiyyətlə və vicdanla vətənə xidmət etməyi diləyib.

 

Sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söyləyiblər və onlara vətənin layiqli əsgəri olmağı tövsiyyə ediblər.

 

Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içiblər.

 

Trend.az