Soyuq hava Azərbaycan dəmiryolçularını gücləndirilmiş iş rejiminə keçirdi
Havaların kəskin soyuması ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmmədov Trend-ə bildirib ki, QSC kollektivi havaların kəskinləşməsi ilə əlaqədar bu gündən gücləndirilmiş iş rejiminə keçib: “Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə – yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir”.
QSC rəsmisi qeyd edib ki, Sərnişin Daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır.
N.Əzməmmədovun sözlərinə görə, bəzi qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir.
Trend/az