Gəncə Şəhər Səhiyyə İdarəsinın rəisi gənc həkimlərlə görüşüb

Posted by

Gəncə Şəhər Səhiyyə İdarəsinın rəisi gənc həkimlərlə görüşübGəncə Şəhər Səhiyyə İdarəsinın rəisi gənc həkimlərlə görüşüb

Gəncə Şəhər Səhiyyə İdarəsinın rəisi gənc həkimlərlə görüşüb

“Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar və eləcə də tibb sahəsində mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Siz gənc həkimlər də Azərbaycanın gələcəyidir, cəmiyyətimizin inkişafında və modernləşməsində əsas rol oynaya biləcək bir qüvvəsiniz. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Mən də sizin bilik bacarığınıza, qabiliyyətinizə, enerjinizə arxalanıram və ümid edirəm ki, birlikdə Gəncə səhiyyəsinə yeni nəfəs, yeni ruh gətirə biləcəyik”. Bu sözləri yaşı 40-a qədər olan gənc həkimlərlə görüşdə Gəncə Səhiyyə İdarəsinın rəisi, professor Əlikram Məmmədov söyləyib.

 

O qeyd edib ki, bu gün Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, modernləşmə strategiyasının təməl sütünları deməkdir. Professor Ə.Məmmədov çıxışında gənc həkimlərın irəliyə getməsi, müasir tibbin yeniliklərinə yeyələnə bilməsi üçün onlara bütün lazımı şəraitin yaradacağına söz verib:

“Ömrünü, həyatını insanların sağlamlığının qorunmasına həsr edən gənc həkim üçün lazımı şərait yaradılmalıdır. Bildiyiniz kimi ölkə başçısının təsdiq etdiyi regionların sosial-iqtisadi inkişaf proqramı çərçıvəsində şəhərlərdə, rayonlarda, hətta ucqar kənd və qəsəbələrdə də tibb ocaqları təmir olunur, müasir avadanlıqlarla təmin olunur. Burada çalışmaq istəyən həkimlərin də, xüsusən də gənc mütəxəssislərin bilik və bacarıqları şox yüksək səviyyədə olmalıdır. Mən də Gəncədə siz gənc həkimlərin peşəkar kimi yetışməyiniz üçün istənilən şəraiti yaratmağa hazıram”.

 

Çıxışında professor Əlikram Məmmədov gənc həkimlərə həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda yüksək ixtisas kursları keçmək üçün şərait yaradılacaq.

 

“Gəncənin özündə də çox peşəakar, təcrübəli həkimlərimiz var. Siz gənc həkimlər onların bilik və bacarıqlarından da yararlana bilərsiniz. Əgər lazım gələrsə Bakıdan, xarıcı ölkələrdən də professional həkimləri Gəncəyə dəvət etməyi planlaşdırıram” deyən professor Ə.Məmmədov sonda həkimlərin fikir və təkliflərini dinlədi, onların qarşılaşdığı problemləri və çətinlikləri müzakirə etdi.

 

Görüşdə söz alan gənc cərrah, Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının 2 cərrahiyyə şöbəsinin müdiri Qafar İbrahimov gənc həkimlərə bu cür diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və professor Ə.Məmmədova öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, təmir olunmuş müasir avadanlıqlarla təhciz olunmuş müəssisələrdə peşəkar və beynəlxalq təcrübə keçmiş gənc həkimlər lazımdır:

“Dünya səhiyyəsi hər gün inkişaf edir. Yenilənir, müsirləşir. Bu gün biz gənc həkimlərin də bu yeniliklərə yiyələnməyimiz üçün beynəlxalq təcrübəyə ehtiyacımız var. Gənc həkimlərin xarıcdə keçəcəyi təcrübələr Gəncə səhiyyəsinin inkişafına çox müsbət təsir edəcəyını düşünürəm”.

 

Gəncə Səhiyyə İdarəsində təşkil olunmuş görüşə 100-ə yaxın yaşı 40-a qədər olan gənc həkim dəvət olunmuşdu.

 

Trend.az