Kaliforniyada polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib
Bazar günü axşam ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində polis nümayişçiləri qovmaq üçün onlara qarşı gözyaşardıcı qaz tətbiq edib. Etirazlara səbəb andlılar məhkəməsinin qanunsuz siqaret ticarətində şübhəli bilinən qaradərili Erik Qarneri saxlayarkən onu boğan polis əməkdaşı Daniel Pantaleonu məsuliyyətə cəlb etməmək qərarı olub. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.
CNN teleşirkətinin məlumatına görə, insan kütlələri şəhərdəki iri avtomobil yolunu bağlayıblar.
Polis bəyan edib ki, etirazçılar polislərə tərəf partlayıcı maddələr atıblar ki, bu da polisləri nümayişçiləri qovmaq üçün onlara qarşı gözyaşardıcı qaz tətbiq etməyə vadar edib.
Trend.az