Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanışlıq

Posted by

Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanışlıq Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanışlıq

Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu. Hazırda binanın tikintisi davam etdirilir.

Prezident İlham Əliyev və xanımı binanın tərtibat işlərində istifadə olunacaq materiallara baxdılar.

Dövlətimizin başçısına məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kino-teatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında Azərbaycan musiqi korifeylərinin heykəlləri qoyulacaq. Bina 6 mərtəbəlidir, qüllə ilə birlikdə hündürlüyü 26 metrdir. Obyektdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Prezidenti İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

 

AzərTac.az