Gömrükçülər il ərzində 352 yük avtomobilinin marşrut xəttindən çıxmasının qarşısını alıblar

Posted by

Gömrükçülər il ərzində 352 yük avtomobilinin marşrut xəttindən çıxmasının qarşısını alıblar

Gömrükçülər il ərzində 352 yük avtomobilinin marşrut xəttindən çıxmasının qarşısını alıblar

 

 

Gömrükçülər il ərzində 352 yük avtomobilinin marşrut xəttindən çıxmasının qarşısını alıblar

Ötən il ərzində mobil gömrük bölmələri tərəfindən Azərbaycanın gömrük ərazisində yük daşıyan 130 mindən artıq nəqliyyat vasitəsinin üzərinə mexaniki-elektron kilid (GPS) bağlanaraq təyinat yerinə çatdırılıb.

 

Dövlət Gömrük Komitəsinin Audit və Risk Analizləri İdarəsindən AzərTAc-a bildiriblər ki, həmin nəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut xətti üzrə hərəkəti “Hədəf” mərkəzinin əməkdaşları tərəfindən “GPS monitorinq” sistemi vasitəsilə 24 saat ərzində müşahidə altında saxlanılaraq, marşrutdan çıxma, məqsədsiz dayanma və digər pozuntu hallarının qarşısı operativ şəkildə alınıb.

 

“Hədəf” mərkəzi 2014-cü ildə 352-dən artıq yük avtomobilinin marşrut xəttindən çıxması və çıxma cəhdləri faktı aşkarlayıb. Mərkəz və mobil gömrük əməkdaşlarının araşdırmaları nəticəsində çoxsaylı yüngül pozuntu halları ilə yanaşı, bir neçə ciddi gömrük qanunvericiliyinin pozulması halları da qeydə alınıb. Belə ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan Türkiyə-Qazaxıstan tranzit rejim altında hərəkət edən və təyinatı “Bərə” keçid gömrük postu olan yük avtomobili müayinəyə cəlb edilib və sənədlərdə əks olunmayan bahalı ətriyyat və kosmetika tipli brend mallar aşkar olunub. “Ford tranzit” markalı avtomobilin üzərindəki gömrük möhürü qırılaraq içərisindəki “tekstil” yükünün boşaldılması faktı aşkar edilib. Qazax rayonu İkinci Şıxlı kəndindən Bakı şəhəri istiqamətində hərəkət edən “Audi A6” markalı və “Nissan Teana” markalı avtomobillərdə ümumilikdə 19767 ədəd müxtəlif pirotexniki vasitələr və 20 blok aksiz markası olmayan xarici markalı siqaretlər Tovuz mobil gömrük bölməsinin əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.

 

Azərbaycanın gömrük ərazisində yük avtomobillərinin marşrut xətti üzrə yerləşən və həmin avtomobillərin müntəzəm istifadə etdikləri dayanacaqlara, yanacaqdoldurma məntəqələrinə, anbarlara, təmir məntəqələrinə, limanlara, terminallara müntəzəm olaraq baxış keçirilib və həmin ərazilərdə yüklərə və nəqliyyat vasitələrinə müdaxilə olması ehtimalları araşdırılıb və qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktik tədbirlər görülüb.

 

AzərTac.az