Fransa XİN: Avropanın Rusiyaya qarşı sanksiyaları artıq bu həftə qüvvəyə minə bilər

Posted by

Avropa İttiafqının Rusiyaya qarşı sanksiyaları artıq bu həftə qüvvəyə minə bilər. Bunu Fransanın xarici işlər naziri Loran Fabius bəyan edib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Nazir “Frans-Enter”in efirində deyib: “Krımda nəzərdə tutulmuş referendum qanunsuzdur. Biz buna yol verə bilmərik, çünki bu, Ukraynada qeyri-sabitliyə yol aça bilər. Müvafiq olaraq biz sanksiyalar qəbul edəcəyik. Onların artıq bu həftə qüvvəyə minməsi mümkündür”.

Nazir izah edib ki, söhbət “avuarların dondurulması və Rusiya və Ukrayna nümayəndələri üçün vizaların ləğvi”ndən gedir.

Bununla yanaşı, fransalı diplomat deyib kİ, “əgər Moskva Ukraynada gərginliyin aradan qaldırılmasına cəhd nümayiş etdirərsə”, sanksiyalar ləğv edilə bilər.

Xatırladaq ki, Krım parlamenti martın 6-da Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Həmçinin deputatlar yarımadanın statusuna dair martın 16-da referendumun keçirilməsinə səs veriblər.

Trend.az