Fransa radiosunda Azərbaycanla bağlı veriliş səslənmişdir

Posted by

Fransa radiosunda Azərbaycanla bağlı veriliş səslənmişdir

Fransa radiosunda Azərbaycanla bağlı veriliş səslənmişdirFransa radiosunda Azərbaycanla bağlı veriliş səslənmişdir

AzərTac xəbər verir ki, Fransanın geniş dinləyici auditoriyasına malik, nüfuzlu Fransa Xəbərlər Radiosunun (RFİ) oktyabrın 17-də efirə getmiş proqramında Azərbaycanla bağlı veriliş səslənmişdir. Verilişin müəllifi Loran Geslin Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1994-cü ildə atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq, münaqişə ilə bağlı danışıqların heç bir nəticə vermədiyi barədə dinləyicilərə ümumi məlumat vermişdir.
Verilişin əsas məğzi ölkəmizin şərqində cəbhə xəttinin bir neçə kilometrliyində yerləşən Tərtər rayonu və Sərsəng su anbarı ilə bağlı olmuşdur. Su anbarının erməni silahlı qüvvələrinin nəzarəti altında olması ucbatından Tərtər rayonu və Azərbaycanın digər rayonlarındakı torpaqların suvarılması üçün çətinlik yaranması diqqətə çatdırılmışdır.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin mühəndisi Tariyel Hüseynovun Sərsəng su anbarı ilə bağlı fikirlərinə geniş yer verildiyi reportajda 1976-cı ildə inşa edilən su anbarının yaxın rayonlar üçün ciddi təhlükə mənbəyi olduğu qeyd edilmişdir. Su anbarına qarşı erməni tərəfinin hər hansı təxribatı nəticəsində 30 min hektar ərazinin su altında qalacağı və 30-40 min əhalinin həyatı üçün təhlükə yaranacağı xüsusi vurğulanmışdır.
Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi, ölkəmizin müdafiə qüdrətinin xeyli artdığı, müdafiə xərclərinə ayrılan vəsaitin Ermənistanın illik büdcəsində artıq olması verilişdə yer almışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz bölgəsi üçün ciddi təhlükə mənbəyi olduğu xatırlanan verilişdə Azərbaycanın münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar prosesinə üstünlük verdiyi, Ermənistan tərəfinin isə danışıqlardan hər vəchlə boyun qaçırdığı, ATƏT-in Minsk qrupunun münaqişənin diplomatik yolla həllinə cəhd göstərməsinin indiyədək nəticə vermədiyi qeyd olunmuşdur.