FHN 2014-cü ilin 9 ayı ərzində Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb

Posted by

FHN 2014-cü ilin 9 ayı ərzində Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıbFHN 2014-cü ilin 9 ayı ərzində Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb

FHN 2014-cü ilin 9 ayı ərzində Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2014-cü ilin 9 ayı ərzində respublikada baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.

 

FHN-dən APA-ya verilən məlumata görə, 2014-cü ilin 9 ayı ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş verib. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və ya 17% çoxdur. Partlayışlar zamanı 9 nəfər həlak olub, 40 nəfər xəsarət alıb.

 

Bu ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 9691 çıxış edilib. Yanğın hadisələri zamanı 39 nəfər ölüb, 82 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 6 nəfər və ya 13% az, xəsarət alanların sayı isə 25 nəfər və ya 44% çoxdur.

 

2014-cü ilin 9 ayı ərzində respublika ərazisində 9828 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2495 hadisə və ya 34% çoxdur.

 

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 50 nəfər həlak olub, 123 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 17 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub.

 

Apa.az