Çexiyadakı Azərbaycan diasporu Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil edib

Posted by

Çex Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları paytaxt Praqada Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım tədbirləri təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiyanın ilk günündə Praqadakı Çex Musiqi Akademiyasının orqan zalında Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, orqanist Rasimə Babayevanın ifasında orqan musiqisi gecəsi təşkil olunub.

Gecənin təşkilatçısı Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) Çex Respublikası üzrə nümayəndəsi Eldar Vəliyev tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımı haqqında məlumat verib. Daha sonra musiqi nömrələrinin ifasına başlanılıb.

Xocalı soyqırımında həlak olanların ruhuna həsr edilmiş musiqi gecəsində Azərbaycanın Çex Respublikasındakı səfiri Tahir Tağızadə, səfirliyin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, yerli tələbələr, gənclər və mətbuat nümayəndələri iştirak edib.

Xocalı soyqırımının 22-ci ildönümü ilə keçirilən aksiyaların növbəti günündə isə Praqa şəhərinin mərkəzi meydanında stendlər qurulub, Xocalı soyqırımını əks etdirəm kadrlar, çarxlar nümayiş olunub, qətliamla bağlı ingilis və çex dilində broşür, disk və jurnallar paylanılıb.

Apa.az