Ermənistan ordusu iki istiqamətdə atəşkəsi pozub

Posted by

Ermənistan ordusu iki istiqamətdə atəşkəsi pozub

Erməni hərbçilər Füzuli və Cəbrayıl istiqamətlərində atəşkəsi pozublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Füzuli rayonunun Qaraxanbəyli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Düşmən cavab atəşi ilə susdurulub.