Erməni deputatlar NATO-nun Bakıdakı seminarında iştirak etmək istəyirlər

Posted by

Ermənistan parlamentinin deputatları NATO-nun Bakıdakı “Rose Roth” seminarında iştirak etmək istəklərini ifadə ediblər. Bu barədə bazar ertəsi jurnalistlərə bu ölkənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Kopyun Naqapetyan bildirib. Trend-in məlumatına görə, xəbəri “news.am” saytı yayıb.

Onun sözlərinə görə, Ermənistan parlamentinin deputatları təhlükəsizliklərinə zəmanət verilməsi şərti ilə gəlmək istəyirlər. Naqapetyan əlavə edib: “Biz 2015-ci ildə seminarın Yerevanda keçirilməsi təklifi ilə çıxış etmişik”.

“Rose Roth”-un növbəti seminarı 2014-cü ilin iyununda Bakıda keçiriləcək. Seminarlar 1990-cı ildən keçirilir və Mərkəzi və Şərqi Avropa ölkələrinin parlamentləri ilə Şimali Atlantika Alyansının tərəfdaşlığının möhkəmləndirilməsinə yönəldilib.

Trend.az