Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri ilə görüşüb

Posted by

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri Tea Tsulukianin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı dost və qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər ölkərimizin ədliyyə, penitensiar və notarial xidmətlər sahəsində uğurlu əməkdaşlığı və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Trend.az