Elmar Məmmədyarov Botsvana Milli Assambleyasının sədri ilə görüşüb

Posted by

Elmar Məmmədyarov Botsvana Milli Assambleyasının sədri ilə görüşüb

 

Elmar Məmmədyarov Botsvana Milli Assambleyasının sədri ilə görüşüb

Elmar Məmmədyarov Botsvana Milli Assambleyasının sədri ilə görüşüb

 

Fevralın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvana Respublikasının Milli Assambleyasının spikeri (parlament) xanım Marqaret N. Naşa ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı E. Məmmədyarov həmsöhbətinə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqda ətraflı danışıb. Daha sonra nazir parlamentlərarası diplomatiyanın əhəmiyyətini vurğulayaraq, onun dövlətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

 

Azərbaycan parlamenti ilə əlaqələrin inkişafına hazır olduqlarını qeyd edən xanım Marqaret N. Naşa, ilkin addım kimi iki ölkənin qanunverici orqanı arasında məlumat mübadiləsi prosesi və qarşılıqlı səfərlərin təşkili təklifini irəli sürüb.

 

Görüşün sonunda xanım Marqaret N. Naşa nazir Elmar Məmmədyarovu parlamentin iclasında fəxri qonaq kimi iştirak etməyə dəvət edib. Parlamentin iclasında iştirak edən E. Məmmədyarov, spiker tərəfindən parlament üzvlərinə təqdim olunub və sürətlə inkişaf edən Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Apa.az