Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Aşqabada gedib
Bu gün Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün Türkmənistana yola düşüb.
Xatırladaq ki, bundan öncəki görüş 2014-cü ilin 26 may tarixində Bakıda keçirilib.
Bakı görüşündə regional layihələr, eləcə də enerji sahəsində əməkdaşlıq və enerji marşrutları müzakirə edilib.
Apa.az