Elşad İskəndərov: Azərbaycan dini və mədəni dözümlülük baxımından bir çox Avropa ölkəsinə örnək ola bilər

Posted by

Elşad İskəndərov: Azərbaycan dini və mədəni dözümlülük baxımından bir çox Avropa ölkəsinə örnək ola bilər

 

Elşad İskəndərov: Azərbaycan dini və mədəni dözümlülük baxımından bir çox Avropa ölkəsinə örnək ola bilər

Elşad İskəndərov: Azərbaycan dini və mədəni dözümlülük baxımından bir çox Avropa ölkəsinə örnək ola bilər

 

Azərbaycan dini və mədəni dözümlülük baxımından bir çox Avropa ölkəsinə örnək ola bilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Komitənin sədri Elşad İskəndərov Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universitetinin (FSMVU) Sivilizasiyaların Alyansı İnstitutunun dəvəti ilə dünən İstanbulda Sivilizasiyaların Alyansı ilə bağlı elmi-praktik konfransdakı çıxışında bildirib.

Konfransda həmçinin BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Abdulaziz Al-Nasser, Türkiyə Respublikası Baş nazirinin sivilizasiyaların alyansı üzrə baş müşaviri professor Bekir Karlığa, eləcə də Türkiyənin mədəniyyətlər və dinlərarası dialoq sahəsində fəaliyyət göstərən elm adamları iştirak ediblər.

Komitə sədri çıxışında müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq prosesinin vacibliyini vurğulayıb və sivilizasiyaların alyansı məfhumunu meydana gətirən zərurətlərə toxunub. Zəngin mədəni və tolerantlıq irsinə malik Azərbaycanın bu sahədəki pozitiv təcrübəsi haqda məlumat verən komitə sədri Azərbaycan dövlətinin BMT-nin Sivilizasiyaların Alyansına yaxından dəstək verdiyini və bu sahədə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycandakı müxtəlif dinləri təmsil edən icmaların fəaliyyətini daim diqqətdə saxladığını və Azərbaycandakı tolerantlıq mühitinin qorunması, həmçinin dünyada tanıdılması ilə bağlı göstərişlər verdiyini bildirən E.İskəndərov XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal problemlər zəminində dini və mədəni dözümlülüyün tərənnüm olunmasının vacibliyini vurğulayıb. O, hətta bu sahədə Azərbaycanın bir çox Avropa ölkəsinə örnək ola biləcəyi deyib.

Sonda, komitə sədri BMT-nin Sivilizasıyaların Alyansı üzrə ali nümayəndəsi Al-Nasserə və professor Bekir Karlığaya dinlər və mədəniyyətlərarası dialoq işinə verdikləri tövfə üçün Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun xüsusi plaketlərini təqdim edib.

 

Trend.az