Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb

Posted by

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq yayıbSulu qar və qar yağacaq, yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.

 

Yanvarın 8-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 8-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq. Yanvarın 10-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq, sulu qar və qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

 

Apa.az