Döyüş texnikalarının istehsalı sahəsində ixtisaslaşmış şirkət məhsullarını Azərbaycan bazarına çıxarmağa hazırlaşır

Posted by

Döyüş texnikalarının istehsalı sahəsində ixtisaslaşmış dünyanın aparıcı şirkətlərindən olan FNSS öz məhsullarını Azərbaycan bazarına çıxarmağa hazırlaşır.

APA-nın məlumatına görə, bu gün FNSS şirkətinin nümayəndələri tərəfindən Bakıda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri üçün bu şirkətin istehsalı olan hərbi texnikaların təqdimatı keçirilib.

Təqdimatda FNSS tərəfindən istehsal olunan 6×6 və 8×8 təkər formullu «Pars» zirehli transportyorlar, piyadaların tırtıllı döyüş maşınları, texniki baxım, təmir-evakuasiya maşınları, mühəndis texnikaları, habelə maşınlar üçün döyüş modulları barədə Azərbaycan hərbçilərinə məlumatlar verilib.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildə FNSS şirkətinin istehsalı olan «Pars» zirehli transportyorları ilə maraqlanmağa başlayıb. Sabiq müdafiə naziri Səfər Əbiyev üçün beynəlxalq sərgilərdə bir neçə dəfə «Pars»ın təqdimatı keçirilib.

Şirkət Azərbaycana eyni zamanda döyüş texnikalarının modernləşdirilməsi layihələrində iştirakını təklif edib.

Apa.az