Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qaxda bölgə sakinlərini qəbul etmişdir

Posted by

Fevralın 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Qax şəhərində şimal-qərb bölgəsinin sakinlərini qəbul etmişdir.

AzərTAc xəbər verir ki, komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 50 nəfərə yaxın vətəndaşın şikayət və müraciətləri dinlənilmişdir. Onlar əsasən Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə əlaqədar adlarının yerli aqrar islahat komissiyaları tərəfindən pay torpağı alanların siyahısına salınmaması, həyətyanı sahələrinin meşə fondu və qış otlağı ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib olunarkən müəyyən texniki qüsurlara yol verilməsi və digər məsələlərlə bağlı müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi komitənin əməkdaşları tərəfindən araşdırılmış və qısa müddətdə icrasını təmin etmək üçün qurumun rayon və şəhər şöbələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Zəruri araşdırma tələb edən və komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə əlaqədar qurumlara göndərilmək üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

Qəbul zamanı bir qrup vətəndaşa torpaq sahəsinin planı və ölçüsünə dair sənədlər təqdim olunmuşdur.

AzərTac.az