Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri İmişlidə vətəndaşlarını qəbul edəcək
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov İmişli şəhərində ətraf bölgələrdə əhatə olunmaqla, vətəndaşların qəbulunu keçirəcək.
Komitənin İctimaiyyətlə əlaqədar sektorundan “APA-Economics”ə verilən məlumata görə, qəbul iyunun 5-də keçiriləcək. Qəbulda İmişli şəhəri ilə yanaşı, Biləsuvar, Beyləqan, Saatlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının vətəndaşları da iştirak edə bilərlər.
Qeyd edək ki, qəbul saat 10.00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində başlayacaq.
Apa.az