Bakı bulvarında ödənişsiz Wi-Fi nöqtələri açılıb

Posted by

Bakı bulvarında ödənişsiz Wi-Fi nöqtələri açılıb

Bakı bulvarında ödənişsiz Wi-Fi nöqtələri açılıb

Bakı bulvarında ödənişsiz Wi-Fi nöqtələri açılıb

Bakıda Dənizkənarı Milli Parkın ərazisində yerləşən restoran və kafelər Wi-Fi-ya ödənişsiz çıxışla təmin olunublar. Bu barədə Trend-ə Dənizkənarı Milli Park İdarəsindən bildiriblər.

Söhbət hər kəsin internet şəbəkəsinə ödənişsiz girişdən istifadə edə biləcəyi ayrı-ayrı giriş nöqtələrindən gedir. Parkın bütün ərazisində simsiz Wi-Fi açılması layihəsinə gəldikdə, hazırda bu, reallaşma mərhələsindədir. Layihə çərçivəsində ilkin sınaqdan keçmiş zəruri avadanlıqlar quraşdırılıb.

Hazırda başlıca vəzifə parkın bütün ərazisində internet şəbəkəsinə davamlı çıxışın təmin edilməsi, eləcə də son istifadəçiyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Layihəyə Azərbaycanın internet xidmətlərinin tədarükçüləri cəlb olunacaqlar.

Wi-Fi texnologiyalarına simsiz çıxış istifadəçilər üçün daha əlverişlidir. Belə ki, bazarda bu standartı dəstəkləyən çoxlu qurğular (noutbuk, telefon, smartfonlar) var.

 

Trend.az