Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Posted by

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıbDövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5 faiz artıb. Aprel ayı ərzində əlavə olaraq 562 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 23 min 652 nəfərə yüksəlib.

 

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,82 faizini kişilər, 11,18 faizini isə qadınlar təşkil edir. Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyənin payına düşür. Sonrakı ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 654 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 384 nəfərə çatıb.

 

Sonrakı yerlərdə İran, Çin, Hindistan, Pakistan, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Ukrayna, Özbəkistan, Banqladeş Xalq Respublikası, Almaniya Federativ Respublikası, Filippin, Türkmənistan, ABŞ, Qazaxıstan, İtaliya, Koreya və s. ölkələr qərarlaşıb.

 

AzərTac.az