“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” qəbul edilmişdir

Posted by

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli Qərarı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilmiş və fevralın 22-dən qüvvəyə minmişdir.

Komissiyadan AzərTAc-a bildirilmişdir ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması” əsasında aparılır.

Qiymətləndirmənin nəticəsində dövlət qulluqçusu barəsində həvəsləndirmə tədbirlərinin görülməsi, fərdi qaydada mükafatlandırılması, rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, dövlət qulluqçusunun iş fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, dövlət qulluqçusunun digər analoji vəzifəyə keçirilməsi nəzərdə tutulmuşdur.

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” və “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması” Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilmişdir.

AzərTac.az