Dövlət Məşğulluq Xidməti 260 nəfərə yaxın vətəndaşı peşə hazırlığına cəlb etmişdir

Posted by

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) işsiz və işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması məqsədilə onların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkilinə xüsusi önəm verir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə cari ilin yanvar-fevral aylarında DMX orqanları tərəfindən bərbər, qaynaqçı, tikişçi, dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, qənnadçı və s. peşələr üzrə 15 peşə hazırlığı kursu təşkil edilmişdir.

Kurslara ümumilikdə 258 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunmuşdur. Kurslardan 12-si ənənəvi, 3-ü modul təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılmışdır. Müdavimlər kursları bitirdikdən sonra DMX orqanları tərəfindən onların yeni yiyələndikləri peşələr üzrə münasib işlərlə təminatı həyata keçiriləcək.

Peşə tədrisi kurslarının böyük əksəriyyəti DMX-nin tabeliyində olan və peşə təlimi üçün müvafiq maddi-texniki bazaya malik Bakı Regional Peşə Tədris Mərkəzində və Naxçıvan Peşə Tədrisi Mərkəzində təşkil olunur.

AzərTac.az