Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Komitədən Trend-ə verilən məlumata görə, iyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuz rayonunda Qazax, Tovuz, Ağstafa rayon sakinlərini qəbul edəcək.
Qəbul Tovuz rayonu Olimpiya İdman Kompleksində ( ünvan: Tovuz şəhəri, H.Əliyev prospekti 1.) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Trend.az