ƏƏSMN-də “Tikintidə və iqtisadiyyatın digər sahələrində əməyin mühafizəsi” seminarı keçirilib

Posted by

ƏƏSMN-də “Tikintidə və iqtisadiyyatın digər sahələrində əməyin mühafizəsi” seminarı keçirilibƏƏSMN-də “Tikintidə və iqtisadiyyatın digər sahələrində əməyin mühafizəsi” seminarı keçirilib

ƏƏSMN-də “Tikintidə və iqtisadiyyatın digər sahələrində əməyin mühafizəsi” seminarı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Avropa İttifaqının Əməyin Mühafizəsi Agentliyi ilə birgə “Tikintidə və iqtisadiyyatın digər sahələrində əməyin mühafizəsi” mövzusunda seminar keçirib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, beynəlxalq ekspertlərin və sosial partnyorların iştirak etdiyi tədbiri giriş sözü ilə açan ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının günümüzün vacib məsələlərindən olduğunu vurğulayıb: “Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hər il dünyada istehsalatla əlaqəli 339 milyon bədbəxt hadisə baş verir ki, həmin hadisələr nəticəsində 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur, 2 milyon 340 min nəfərdən çox insan həlak olur. Dünya iqtisadiyyatı istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəliyi ilə bağlı 2,8 trilyon ABŞ dolları və ya dünyada istehsal olunan ÜDM-nin 4%-i həcmində itkiyə məruz qalır”.

 

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin sürətli və hərtərəfli inkişafına xidmət edən siyasətində işçilərin əmək və sosial hüquqlarının qorunmasının mühüm yer tutduğunu vurğulayan F.Əlizadə bunun nəticəsi kimi, ölkəmizdə əməyin mühafizəsi sahəsində dövlət siyasətinin daim gücləndiyini diqqətə çatdırıb: “Bu sahədə təsirli inzibati tədbirlərlə yanaşı, təbliğat-maarifləndirmə işləri də aparılır. Ötən ilin sentyabrından respublikada “Təhlükəsiz iş həftəsi”, “Təhlükəsiz iş ongünlüyü”, “Təhlükəsiz iş aylığı” kimi tədbirlər keçirilib. Bütün bu işlərin müsbət nəticəsi kimi, Azərbaycanda istehsalat qəzalarının, həmin qəzalar zamanı zərərçəkən şəxslərin sayı getdikcə azalır. Məsələn, 2015-ci ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44 faiz, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2 faiz, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb. 2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə baş verməyib”.

 

Xidmət rəisi iş yerlərində əməyin təhlükəsizliyi üzrə önləyici tədbirlərin, peşə risklərinin düzgün qiymətləndirilməsinin, əməyin mühafizəsində sosial tərəfdaşlarla fəaliyyətin səmərəli təşkilinin əhəmiyyətindən bəhs edib. O bu sahələrdə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi önəm verildiyini bildirib: “Avropa İttifaqının Əməyin Mühafizəsi Agentliyi ilə uğurlu əməkdaşlıq çərçivəsində keçirilən bu seminar da əməyin mühafizəsində innovativ iş üsulları, həmçinin istehsalat qəzası risklərinin yüksək olduğu yerlərdə sağlam və təhlükəsiz əməyin təmin edilməsi üzrə qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiqində mühüm rola malikdir”.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə təmsil etdiyi təşkilatla ölkəmiz arasında əməkdaşlığın əməyin mühafizəsi sahəsini də əhatə etməsindən mənunluğunu ifadə edib, keçirilən belə tədbirlərin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işlərində səmərəli olduğunu vurğulayıb. Seminarda Əməyin Mühafizəsi Agentliyinin məsul işçisi Tim Tregenzanın, beynəlxalq ekspert Vikinq Husberqin Aİ-da əməyin təhlükəsizliyi üzrə strategiyalar və qanunvericilik, peşə riskinin qiymətləndirilməsi, əməyin təftişi üzrə müasir yanaşmalar, praktiki vasitələr, ayrı-ayrı Avropa ölkələrinin bu sahədə təcrübələri və s. barədə məlumatları dinlənilib, qabaqcıl təcrübələrdən irəli gələn innovativ iş metodlarının yerli şəraitdə tətbiqi məsələləri müzakirə olunub.

 

Trend.az