DSMF sədri Elman Mehdiyev Yevlaxda qəbul keçirəcək

Posted by

DSMF sədri Elman Mehdiyev Yevlaxda qəbul keçirəcəkDSMF sədri Elman Mehdiyev Yevlaxda qəbul keçirəcək

DSMF sədri Elman Mehdiyev Yevlaxda qəbul keçirəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Yevlaxda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, E.Mehdiyev mayın 15-də, saat 11:00-da Fondun Yevlax şəhər şöbəsinin inzibati binasında Yevlax, Mingəçevir, Naftalan, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalıdan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

 

Fondun Aparatında (012) 434-12-34

Yevlax şəhər şöbəsində (02233) 6-29-77

Mingəçevir şəhər şöbəsində (02427) 5-46-59

Naftalan şəhər şöbəsində (02235) 2-25-53

Goranboy rayon şöbəsində (02224) 5-13-00

Bərdə rayon şöbəsində (02020) 5-19-09

Tərtər rayon şöbəsində (02223) 6-34-64

Ağdam rayon şöbəsində (02632) 5-02-52

Xocalı rayon şöbəsində (02224) 7-44-14

 

Qəbulda iştirak edəcək vətəndaşların mayın 15-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

 

Trend.az