DSMF-in sədri Mingəçevirdə vətəndaşları qəbul edib

Posted by

DSMF-in sədri Mingəçevirdə vətəndaşları qəbul edib

DSMF-in sədri Mingəçevirdə vətəndaşları qəbul edib

DSMF-in sədri Mingəçevirdə vətəndaşları qəbul edib

. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

 

APA-nın yerli bürosunun məlumatına görə, DSMF-in Mingəçevir şəhər şöbəsinin inzibati binasında təşkil olunan qəbulda Mingəçevir şəhərindən, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə “açıq qapı” şəraitində keçirilən görüşdə qəbula yazılanlardan əlavə oraya gələn vətəndaşların da müraciətlərinə baxılıb. Qəbulda 7 şəhər və rayondan gəlmiş 35 vətəndaş iştirak edib.

 

Qəbulda vətəndaşların sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərinin bəziləri yerindəcə həll edilib, bəziləri barədə izahat verilib, bəziləri isə fondun səlahiyyətlərinə aid olmadığından aidiyyəti təşkilatlara çatdırılması üçün qeydiyyata alınıb.

 

 

Apa.az