İlin əvvəlindən Azərbaycanda 3 mindən artıq gömrük qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Posted by

2014-cü ilin yanvar-may aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 3411 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə DGK-nın hesabatında deyilir.

Onlardan 105-i qanunsuz daşımaya cəhd, 95-i əşya, mal və ya pul vəsaitlərinin bəyan edilmədən keçirilməsi, 2770-i isə müvafiq sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 140 fakt qeydə alınıb. Bu dövrdə 94 fakt qaçaqmalçılıqla, 66-ı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 51,86 kiloqram narkotik vasitə, 57,72 qram psixotrop maddə ələ keçirilib. Həmçinin aksiz markaları olmadan malların idxalı üzrə bir fakt qeydə alınıb.

Bu faktlar üzrə yanvar-may aylarında şübhəli şəxs qismində 167 nəfər saxlanılıb.

Trend.az