Dərin tarixi köklərə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri sürətlə inkişaf edir

Posted by

Dərin tarixi köklərə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri sürətlə inkişaf edir

Dərin tarixi köklərə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri sürətlə inkişaf edir

Dərin tarixi köklərə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri sürətlə inkişaf edir

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a daxil olan məlumata görə, Səudiyyə Ərəbistanı Şura Məclisinin binasında keçirilmiş görüş dostluq qrupunun sədri Abdulla Al Nasirin təşəbbüsü ilə baş tutmuşdur.

Abdulla Al Nasir bu ayın əvvəllərində onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərovun dəvəti ilə ölkəmizdə səfərdə olduğunu xatırlatmışdır. O, səfərin yüksək səviyyədə keçdiyini, ölkəmizdə gedən inkişafın və xalqımızın qonaqpərvərliyinin şahidi olduqlarını vurğulamışdır.

Dostluq qrupunun sədri ölkələrimiz arasında əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri zamanı qoyulduğunu bildirmişdir. O, ulu öndər Heydər Əliyevin Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafı ilə bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləmişdir.

Abdulla Al Nasir Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini pisləyən ilk dövlətlərdən biri olduğunu diqqətə çatdırmışdır. O əlavə etmişdir ki, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləmiş və dəstəkləyəcəkdir.

Çıxış edən dostluq qrupunun üzvləri Azərbaycana səfərdən və keçirilən yüksək səviyyəli görüşlərdən razı qaldıqlarını bildirmişlər. Onlar ölkələrimiz arasında turistlərin qarşılıqlı səfərlərinin artırılması üçün sadələşdirilmiş viza rejiminə keçilməsinin zəruriliyini vurğulamışlar.

Səfir Rasim Rzayev dərin tarixi köklərə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin sürətlə inkişaf etdiyini demişdir. Diplomat parlamentlərarası dostluq qrupunun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.

R.Rzayev görüşdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. O, Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirmişdir.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Görüş barədə məlumat Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrində yayılmışdır.

 

AzərTac.az