Azərbaycanın xarici işlər naziri Çində rəsmi səfərdədir
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Çin Xalq Respublikasına rəsmi səfəri başlamışdır.
Səfər çərçivəsində nazir E.Məmmədyarovun çinli həmkarı Van İ və digər yüksək vəzifəli rəsmi şəxslərlə keçirəcəyi görüşlərdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə, habelə tərəfləri maraqlandıran digər məsələlərə dair müzakirələr aparılacaqdır.
Çin xarici işlər nazirinin dəvəti əsasında həyata keçirilən səfər iyulun 2-dək davam edəcəkdir.
AzərTac.az