Doğu Perinçekin məhkəməsi ilə bağlı keçirilmiş aksiyada Azərbaycan diasporu da iştirak edib

Posted by

Doğu Perinçekin məhkəməsi ilə bağlı keçirilmiş aksiyada Azərbaycan diasporu da iştirak edibDoğu Perinçekin məhkəməsi ilə bağlı keçirilmiş aksiyada Azərbaycan diasporu da iştirak edib

Doğu Perinçekin məhkəməsi ilə bağlı keçirilmiş aksiyada Azərbaycan diasporu da iştirak edib

“Erməni soyqırımı beynəlxalq yalandır” sözlərinə görə ittiham edilən Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçek məsələsinə dair bu gün Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasında keçirilən dinləmələrlə bağlı Strasburqda təşkil edilmiş etiraz aksiyalarında Avropadakı Azərbaycan diaspor təşkilatları da iştirak edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hollandiyanın Haaqa şəhərindən Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın, Almaniyadan Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Təranə Tağıyeva, Strasburq “Azərbaycan Evi” Cəmiyyətinin rəhbəri Mustafa Alınca və digər təşkilatların rəhbərləri, eləcə də üzvləri aksiyaya qatılaraq Türkiyə diasporuna dəstək nümayiş etdiriblər.

 

AİHM qarşısında əllərində Türkiyə, Azərbaycan, Türkmənistan, Almaniya, Fransa bayraqları tutan mitinq iştirakçıları fransız və türk dilində “Erməni yalanlarına son!”, “Avropa, səsimizi duy!” və digər bu kimi şüarlar səsləndiriblər. Aksiyada 5 minə yaxın insan iştirak edib.

 

Dinləmələrdən sonra D.Perinçek, onu müdafiə edən vəkillər və prosesi izləmək üçün Türkiyədən qatılmış nümayəndə heyəti Strasburqdakı “La plase bordeux” konfrans zalında görüş keçiriblər.

 

Qeyd edək ki, dinləmələrdə D.Perincəki vəkillər Mehmet Cengiz və Kristian Lorent Peş, Türkiyə dövlətini vəkil, professor Stefan Talmon, İsveçrə hökumətini vəkil Daniel Türer, Ermənistan hökumətini isə Cofrey Robertson və Amal Kluni təmsil ediblər. Prosesə Türkiyənin Konstitusiya Məhkəməsinin üzvləri, Fransanın Dövlət Şurasının hüquqşünasları da qatılıblar. Məhkəmə binasının qarşısındakı küçənin bir tərəfində ermənilər, o biri tərəfində isə türklər nümayiş keçiriblər.

 

Xatırladaq ki, hüquq elmləri doktoru, Türk İşçi Partiyasının sədri D.Perinçek 2005-ci ildə İsveçrədə keçirilən konfranslarda 1915-ci ildə ermənilərə qarşı Osmanlı imperiyasının “soyqırım” həyata keçirməsini təkzib edərək “erməni soyqırımı” ideyasını “beynəlxalq yalan” adlandırıb.

 

2005-ci ilin iyul ayında “İsveçrə-Ermənistan Assosiasiyası” D.Perinçekin söylədiklərinə qarşı cinayət işi tələb edən şikayətlə İsveçrə məhkəməsinə müraciət edib. 2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq D.Perinçekə 90 günlük şərti həbs cəzası və 3000 İsveçrə frankı cərimənin (2,5 min dollar) ödənilməsinə dair qərar qəbul edib.

 

2007-ci ilin dekabr ayında məhkəmənin qərarına etiraz edən D.Perinçek öz hüquqlarının pozulması ilə əlaqədar AİHM-ə şikayət edərək, Avropa Konvensiyasının İnsan Hüquqları üzrə qanununun, xüsusilə maddə 7 (qanunsuz cəza) və maddə 10-a dair (söz azadlığı) öz narazılığını bildirib. AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edib. 2014-cü ilin martında isə İsveçrə hökuməti AİHM-in qərarından apelyasiya şikayəti verib.

 

Trend.az