Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə diasporumuzun formalaşdırılmasının əsası qoyuldu

Posted by

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə diasporumuzun formalaşdırılmasının əsası qoyuldu

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə diasporumuzun formalaşdırılmasının əsası qoyuldu

 

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə diasporumuzun formalaşdırılmasının əsası qoyuldu

Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirilib.

 

Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Xatirələrim” və dövlətimizin başçısı ilə bağlı “İlhamlı Azərbaycanım” klipləri təqdim edilib.

 

Sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova Həmrəylik Gününün tarixindən danışıb. Bildirib ki, bu bayram ürəklərdə uzun illərdən bəri yaşadılan azadlıq və birlik hisslərinin təzahürüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli azadlıq mübarizəsinin ən gərgin vaxtlarında Ümummilli Lider dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin ölkəmizin gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən edib. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başlayıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə 70-dən artıq ölkədə yaşayan 50 milyondan çox azərbaycanlının vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu.

 

Qeyd edilib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu xəttə sadiqliyini prezidentliyinin ilk vaxtlarından nümayiş etdirib. Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının maraq və mənafelərinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir.

 

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib ki, müstəqil Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçib. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədilə genişmiqyaslı islahatlar davam etdirilir.

 

Bildirilib ki, Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib.

 

Digər çıxış edənlər deyiblər ki, Həmrəylik Günü dünyada yaşayan bütün azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

 

Tədbir konsert proqramı ilə davam edib.

 

AzərTac.az