Azərbaycanda müəllim hazırlığı aparılan ali məktəblərdə qoşa ixtisaslar üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq

Posted by

Azərbaycanda müəllim hazırlığı aparılan ali məktəblərdə qoşa ixtisaslar üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaqAzərbaycanda müəllim hazırlığı aparılan ali məktəblərdə qoşa ixtisaslar üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq

Azərbaycanda müəllim hazırlığı aparılan ali məktəblərdə qoşa ixtisaslar üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq

Təhsil Nazirliyi 2014-cü il ərzində ali təhsil sistemində həyata keçirilmiş islahatları açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsilin bakalavriat və magistratura səviyyələrinə 2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq olunub. 2013-2014-cü tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz artırılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.

 

Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavriat buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmayıb. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd təsərrüfatı ixtisas qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişi əsasında aparılıb.

 

2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının və buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə başlanıb. Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq.

 

 

Apa.az